Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza Xırdalan şəhəri ərazisində qeydə alınıb.
Minik avtomobili yolu keçmək istəyən 1966-cı il təvəllüdlü Əhmədov Vahid Mehdi oğlunu vurub.
Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Mənbə: apa.az