Rusiyada atışma - 5 ölü, 2 yaralı

Rusiyada atışma - 5 ölü, 2 yaralı

Rusiyanın Rostov vilayətinin Orlovsk rayonunda atışma olub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yerli sakinlər arasında otlaq sahələri üstündə başlayan mübahisə ölümlə nəticələnib. Ov silahından edilən atəş nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis hadisə yerində araşdırma aparır.

Milli.Az

Mənbə: news.milli.az