İran parlamentində dava düşdü

İran parlamentində dava düşdü

İran İslam Respublikası parlamentinin bugünkü iclasında gərginlik baş verib.

Parlament iclasında Bukan vilayətinin deputatı Məhəmməd Qəsim Osmani internetin filtrlənməsinin aradan qaldırılması ilə bağlı təklif etdiyi qanun layihəsinin qəbul edilmədiyini açıqlayıb. Bu isə parlament iclasında bir neçə dəqiqəlik gərginliyə səbəb olub.

Qeyd edək ki, İranda internetin senzurası davam edir və bir çox saytlara giriş qadağan edilib.

Mənbə: oxu.az