Zaqatalada "Jiquli" "KamAZ"-la toqquşub, xəsarət alan var

Zaqatalada "Jiquli" "KamAZ"-la toqquşub, xəsarət alan var

Zaqatalada yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Kəpənəkçi kəndinin ərazisində baş verib.

"VAZ 2106" markalı minik və "KamAZ" markalı yük avtomobillərinin toqquşması zamanı birincinin sürücüsü, rayonun Kəpənəkçi kənd sakini 1990-cı il təvəllüdlü İkram Musa oğlu İsayev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona qapalı kəllə-beyin və bədənin küt travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mənbə: apa.az