Bakının Xəzər rayonunda avtomobilin vurduğu piyada xəsarət alıb

Bakının Xəzər rayonunda avtomobilin vurduğu piyada xəsarət alıb

Bakının Xəzər rayonunda piyadanı avtomobil vurub.

APA-nın məlumatına görə, avtoqəza Buzovna qəsəbəsində qeydə alınıb.

1986-cı il təvəllüdlü Paşayeva Ülviyyə Tahir qızı "BMW" markalı minik maşını tərəfindən vurulub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun hər iki diz qapağının sındığı müəyyən edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: apa.az