Nəzarətdən çıxan avtomobil piyadaların üstünə aşdı - VİDEO

Nəzarətdən çıxan avtomobil piyadaların üstünə aşdı - VİDEO

Rusiyada piyada keçidinin qarşısında baş verən qəzada avtomobillərdən biri nəzarətdən çıxıb və piyadaların üstünə aşıb. Qəzada 6 piyada və avtomobilin sürücüsü yaralanıb.

Moderator.az xəbər verir ki, Sankt-. Peterburq şəhərində baş verən qəzada qırmızı işıqda keçən bir avtomobil yolun solundan gələn başqa bir avtomobil ilə toqquşub. Toqquşmanın təsiri ilə soldan gələn avtomobil nəzarətdən çıxıb və piyada keçidindəki insanların üzərinə aşıb.

Qəza anı isə saniyələrlə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Kamran

Mənbə: moderator.az