Gənc qadın əri və qardaşı tərəfindən daşlanaraq öldürüldü

Gənc qadın əri və qardaşı tərəfindən daşlanaraq öldürüldü

Pakistanda 24 yaşlı Vaziran adlı qadın həyat yoldaşı və qardaşı tərəfindən danşlanaraq öldürülüb.

 

Primetime.az xəbər verir ki, Vadda Çaçar bölgəsində baş verib. Gənc qadının əri Allah Baxş onun ölümünə evliliyə müsbət yanaşmayan ailəsinin qərar verdiyini irəli sürüb. Verilən məlumata görə, Vaziranın cansız bədəni polis əməkdaşları tərəfindən magistral yolun kənarında tapılıb.

 

Polisin şəriət cinayəti olaraq qeyd etdiyi hadisədə Vaziranın daşlanaraq və dəfələrlə taxta sopalarla vurularaq öldürüldüyünü ortaya çıxarıb. Qızın atası Qurl Məhəmməd ölümün qəza ilə baş verdiyini desə də, daha sonra Vaziranın əri Allah Baxş və qardaşı Kərim tərəfindən öldürüldüyünü etiraf edib və sözügedən şəxslərin həbs olunmasını istəyib.

 

Qeyd edilib ki, hər iki şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma davam edir.

 

Mənbə: primetime.az