Türkiyədə təbii fəlakət: ölən var...

Türkiyədə təbii fəlakət: ölən var...

Türkiyənin Artvin şəhərinin Yusifeli rayonunda şiddətli yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.

Axar.az xəbər verir ki, təbii fəlakət nəticəsində 1 nəfər ölüb, 3 nəfər itkin düşüb.

İtkin düşən şəxslərlə bağlı axtarış-xilasetmə işlərinə başlanılıb.

Digər tərəfdən torpaq sürüşməsi zamanı Artvin-Ərzurum magistral yolu bağlanıb.

Mənbə: axar.az