Bakıda keçmiş məhkum avtomobil qaçırdı

Bakıda keçmiş məhkum avtomobil qaçırdı

Bakı şəhərində avtomobil oğurluğu qeydə alınıb. Bu barədə Sonxeber.az-a DİN-dən məlumat daxil olub.

Məlumata əsasən, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da Saray qəsəbə sakini E.Nəsibovun "VAZ-2107" markalı avtomobilini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş B.Cəfərov saxlanılıb.

 

 

Mənbə: sonxeber.az