76 yaşlı qadının ölmüş ərinin külünü oğurladılar - VİDEO

ABŞ-ın Nyu-Cersi ştatında naməlum şəxslər ölmüş şəxsin külünü oğurlayıblar.

Oktyabrın sonunda 76 yaşlı Liz Liposki qohumlarının evində qalıb və Hellouin bayramı vaxtı evinə qayıdıb. Bu zaman o, evinin qapısının qırıldığını və bahalı əşyaların evdən aparıldığını görüb.

Bundan başqa, oğrular evdən Liposkinin ölmüş ərinin külünü saxladığı qutunu da aparıblar. Kişi 2011-ci ildə xərçəngdən vəfat edib. Qadın ümid edirdi ki, onun ölümündən sonra külü ərinin külünə qarışacaq.

Liposkinin qohumları hesab edir ki, oğrular qutuda nəyin saxlanılmasından xəbərsiz olub. Qadın oğrulara külün qaytarılması ilə bağlı müraciət edib.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Masallıda “Hərəyə bir bayraq” aksiyası keçirilib

SONRAKI XƏBƏR

Bakıda kran aşdı - VİDEO