Boliviyada etirazçılar şəhər merinə hücum ediblər

İnterAz bu barədə SalamNews-a istinadən xəbər verir.

Məlumata görə, qadının üzərinə qırmızı boya tökülüb, saçları kəsilib.

Bundan əlavə, etirazçılar meriya binasını yandırmağa cəhd edib.

Hücum nümayişçilər arasında hökumət tərəfdarı fəallarla qarşıdurma zamanı üç nümayişçinin öldüyünə dair şayiələr yayıldıqdan sonra baş verib.

Etirazçılar şəhər meriyasına girərək "Qatil!" şüarları ilə qadına hücum edib.

Onlar meri istefa məktubunu imzalamağa məcbur ediblər, sonra isə binanı yandırıblar.

Mer xəstəxanaya yerləşdirilib.

Interaztv.com

ƏVVƏLKİ XƏBƏR

Honq Konqda 22 yaşlı tələbənin ölümü yeni iğtişaşlara səbəb ola bilər

SONRAKI XƏBƏR

Bayrağımız milli birliyimizin rəmzidir