Bu gün sosial şəbəkələrdə Azərbaycanda 8-ci sinif şagirdi olan qızın hamilə qaldığı üçün boğazının kəsilərək öldürülməsi haqda video yayılıb.
"Qafqazinfo" hadisə ilə bağlı təfərrüatları öyrənib.
Belə ki, boğazı kəsilən 8-ci sinif şagirdi yox, 1977-ci il təvəllüdlü M.Natavandır.
Hadisə Gəncənin Boyan küçəsində baş verib. Belə ki, oktyabrın əvvəllərində 4 uşaq anası olan Natavan küçədə keçmiş həyat yoldaşı Məhərrəm Sirati tərəfindən bıçaqlanıb. O, keçmiş arvadına yaxınlaşaraq arxadan bir neçə bıçaq zərbəsi vurub.
Həmin gün xəstəxanaya çatdırılan qadının vəziyyəti orta-ağır olsa da, həkimlər onun həyatını xilas edib.
Mənbə: qafqazinfo.az