Ağcabədidə qoyun oğruları tutulub

Ağcabədidə qoyun oğruları tutulub

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də rayon sakini E.Məmmədovun həyətyanı sahəsindən 6 baş qoyun oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.Ələsgərov, R.Fətəliyev və E.Qılıcova saxlanılıblar.

Mənbə: az.trend.az