Sumqayıt sakini beşmərtəbəli binanın damından yıxılaraq ölüb

Sumqayıt sakini beşmərtəbəli binanın damından yıxılaraq ölüb

Sumqayıtda ölüm hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.

Şəhər sakini, 1970-ci il təvəllüdlü Məlikov İmran Sədulla oğlu 5 mərtəbəli binanın damına çıxıb. Məlumata görə o, damda göyərçin saxlayırmış. İ.Məlikov ehtiyatsız davranıb və nəticədə damdan yerə yıxılıb. O, hadisə yerində keçinib.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: apa.az