Mingəçevir sakini hündürlükdən yıxılaraq xəsarət alıb

Mingəçevir sakini yük maşınının üstündən yıxılaraq ağır xəsarət alıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bağlar yaşayış massivi ərazisində baş verib.

1957-ci il təvəllüdlü şəhər sakini Məhərrəmov Əsədulla Fətulla oğlu ”KamAZ” markalı maşının yük yerinin üstündən yıxılaraq ağır bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun baş və bədən nahiyəsində çox sayda ağır xəsarətlər və beyin silkələnməsi faktı aşkarlanıb. O, Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

İlkin məlumata görə, hadisə Ə.Məhərrəmovun “KamAZ”-ın yük yerinə örtük çəkdiyi zaman baş verib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

"İstədiyim kimi geyinirəm və özümü seksual hiss edirəm" - FOTO

SONRAKI XƏBƏR

BDU-da 10 noyabr Ümumdünya Elm Gününə həsr edilmiş tədbir keçirilib