İranda baş vermiş zəlzələdə 300 nəfərədək insan xəsarət alıb

İranda baş vermiş zəlzələdə 300 nəfərədək insan xəsarət alıb

İranın Şərqi Azərbaycan vilayətində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Yaralıların sayı isə 300 nəfər təşkil edir. Tehran Universiteti Geofizika İnstitunun məlumatına görə, zəlzələnin episentri Terk şəhərində 8 km dərinlikdə qeydə alınıb. Yeraltı təkanlar Gilan, Zəncan, Ərdəbil və Qəzvin vilayətlərində dağıntılara səbəb olub.

Mənbə: www.atv.az