Salyanda avtomobil aşıb, ölən və yaralananlar var

Salyanda baş verən yol qəzasında bir nəfər ölüb.

Femida.az-ın məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 45 yaşlı Vüqar Özxan oğlu Musayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin - 58 yaşlı Musa Rəşid oğlu Musayev hadisə yerində ölüb.

Avtomobilin sürücüsü və sərnişin, Salyan sakini Vəlixan Rəşid oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

ƏVVƏLKİ XƏBƏR

Acun aylıq gəliri haqda açıqlaması ilə təəccübləndirdi

SONRAKI XƏBƏR

Sumqayıt sakini beşmərtəbəli binanın damından yıxılaraq ölüb