Bişkəkdə partlayış

Qırğızıstanın paytaxtı Bişkəkin mərkəzindəki “Antyuşka” kafesində partlayış olub. TASS-ın məlumatına görə, kafedə qaz balonu partlayıb. Partlayışdan sonra yanğın baş verib.
Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayış nəticəsində 8 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Hazırda xilasedicilər və polislər hadisə yerindədirlər.
Hadisənin səbəbləri araşdırılır.

Qəzənfər QASIMOV,”Xalq qəzeti”

Xalqqazeti.com

ƏVVƏLKİ XƏBƏR

Köçəryan Paşinyanı Azərbaycanın ovcuna qoydu - Dağlıq Qarabağ və Rusiya...

SONRAKI XƏBƏR

Tanınmış teleaparıcı efirə qayıdır