Boliviyanın üç şəhərində polis seçki nəticələrinə qarşı olan etirazlara qoşulub

Boliviyanın üç şəhərində polislər Evo Moralesin yenidən seçilməsinə qarşı etirazlara qoşulub.

Trend-in məlumatına görə, bu barədə "El Deber" və "Le Razon" qəzetləri bildiriblər.

Məlumata əsasən, birinci olaraq Koçabamba şəhərinin polisləri qalxdı.

Onlara ölkənin ən böyük şəhəri Santa Kruzdakı hüquq mühafizə orqanlarının əməkdaşları qatıldılar.

Boliviyanın konstitusiya paytaxtı Sukredə də polislər seçki nəticələrinə yenidən baxılmasını tələb etdi.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədan mesaj: Bu oyunu onların başına yıxdıq

SONRAKI XƏBƏR

Mbappe “Pari Sen Jermen”lə müqaviləni yeniləmək istəmir