Daşkənddə iki avtobus toqquşub, ölən və yaralananlar var

Daşkənddə iki avtobus toqquşub, ölən və yaralananlar var

Özbəkistanın Daşkənd vilayətində “İsuzu” markalı iki avtobus toqquşub.

AZƏRTAC xəbər verir ki, Akkurqan-Yanqiyul magistralında baş verən qəza nəticəsində azı 1 nəfər ölüb, 38 nəfər yaralanıb.

Bildirilir ki, sərnişin avtobusları bir-biri ilə yarışırmışlar. Nəticədə onlar yan-yana toqquşaraq aşıblar.

Hadisə ilə bağlı cinayət işi açılıb. Hər iki sürücü məsuliyyətə cəlb olunub, istintaq aparılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Mənbə: azertag.az