Özbəkistanda ağır qəza: 38 nəfər yaralanıb

Özbəkistanda ağır qəza:  38 nəfər yaralanıb

Özbəkistanın Daşkənd vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Akkurqan-Yanqiyul magistralında qeydə alınıb.

Belə ki, iki avtobusun toqquşması nəticəsində 1 nəfər ölüb, 38 nəfər yaralanıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Mənbə: azvision.az