Mollanı tapmaq istədi - məscidi yandırdı

Mollanı tapmaq istədi - məscidi yandırdı

Ufa sakini yerli "Həmzə" məscidində mollanı tapmaq istəyərkən təsadüfən binada yanğın törədib.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Başqırdıstan Respublikası üzrə İdarəsi öz saytında məlumat yayıb.

Kişi polislərə açıqlamasında hadisə baş verən gün sərxoş olduğunu bildirib. Məscidin yanından keçərkən qapıların açıq olduğunu görüb. Qaranlıq məkana daxil olduqda din xadimini tapmaq üçün kibrit yandırıb, lakin kimsəni görməyib və kibriti yerə ataraq məsciddən çıxıb.

Məhz həmin kibrit məsciddəki yanğına səbəb olub.

Rusiya Cinayət Məcəlləsinin 167-ci maddəsinə ("Əmlakı qəsdən məhv etmə və ya ziyan vurma") əsasən cinayət işi açılıb.

39 yaşlı müttəhim baş verənlərdən təəssüfləndiyini deyib.

Natəvan Baxşiyeva

Mənbə: big.az