Polis qeyri-leqal əldə edilən 3 milyonu belə ələ keçirdi - VİDEO

Polis qeyri-leqal əldə edilən 3 milyonu belə ələ keçirdi - VİDEO

İstanbulda qeyri-leqal fəaliyyət göstərən mərc oyunları şəbəkəsinə polis tərəfindən həyata keçirilən əməliyyatın videogörüntüsü yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat zamanı ümumilikdə 41 şəxs saxlanılıb. Şübhəlilər pulları lüks bir mənzildə paltar şkafında gizlədiblər.

Əməliyyat zamanı şkafdan 3 milyon 128 min lirə (təxminən 900 min AZN) pul ələ keçirilib.

Qeyd edək ki, İstanbul Kiber Hücumlara Qarşı Mübarizə Şöbə Müdürlüyü həmin şəbəkə üzvlərini 6 ay izləyib. İstintaq zamanı şübhəlilərdən birinin FETO üzvü olduğu da ortaya çıxıb.

Milli.Az

Mənbə: news.milli.az