Salyanda "VAZ" aşdı, ölən və yaralanan var

Salyanda "VAZ" aşdı, ölən və yaralanan var

Bakı. Trend:

Salyan rayonunun Şorsulu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 8-də saat 16 radələrində Salyan rayonunun Şorsulu kəndi ərazisində rayon sakini V.Musayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin Musa Musayev hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Mənbə: az.trend.az