42 terrorçu saxlanıldı - Türkiyədə İŞİD və PKK-ya qarşı əməliyyat keçirilib

42 terrorçu saxlanıldı - Türkiyədə İŞİD və PKK-ya qarşı əməliyyat keçirilib

Türkiyənin hüquq-mühafizə orqanları İŞİD terror təşkilatına qarşı əməliyyat keçirirb. Ankarada təşkil olunan reyd zamanı təşkilatla əlaqədə şübhəli bilinən 17 əcnəbi saxlanılıb. Bildirilir ki, əməliyyat onların uzun müddətli izlənilməsindən sonra keçirilib.

Eyni zamanda PKK terrorçularına qarşı da əməliyyat keçirilib. 2600 polisin iştirakı ilə təşkil olunan antiterror əməliyyatı ölkənin cənub-şərqindəki Diyarbəkir, Bingöl və Muş vilayətlərini əhatə edib. Azı 25 nəfər saxlanılıb.

Atv.az

Mənbə: www.atv.az