Psixiatr xəstəni səhvən ruhi dispanserə qəbul etdiyi üçün yarım milyon cərimə edildi

Psixiatr xəstəni səhvən ruhi dispanserə qəbul etdiyi üçün yarım milyon cərimə edildi

Məhkəmə həkim psixiatrı 2 il peşə fəaiyyəti ilə məşğul olmaqdan məhrum edərək, pasiyentə təzminat kimi yarım milyon rubl ödəməsi barədə qərar qəbul edib.

Medicina.az xəbər verir ki, Astraxan şəhər məhkəməsi psixiatr Olqa Andronovanı pasiyenti əsassız və qanunsuz olaraq ruhi xəstəxanaya qəbul etməkdə təqsirləndirilir.

Həkim isə özünü günahsız hesab edərək, xəstənin qəbul zamanı həqiqətən psixiatrik müdaxiləyə ehtiyacı olub, o, xəstəxanada qaldıqdan 1 gün sonra komissiya tərəfindən müayinə olunub. Bu müddət ərzində isə onun vəziyyəti yaxşılaşıb və komissiya onu dispanserdən evə yazıb.

Lakin məhkəmə həkimi ehtiyatsızlıq maddəsi ilə təqsirli bilib. Belə ki, onun bu müdaxiləsi nəticəsində xəstəyə lazım olmayan dərmanlar verilib. O, 2 il ərzində psixiatr kimi işləyə bilməz və pasiyendə mənəvi zərərə görə 500 min rubl təzminat ödəməlidir.

Mənbə: www.medicina.az