Kürdəmirdə toyda dava düşüb, xəsarət alan var

Kürdəmirdə toyda dava düşüb, xəsarət alan var

Kürdəmir rayonunda toyda dava düşüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə "Muradxan" şadlıq evində qeydə alınıb.

Belə ki, toya gələn qonaqlar arasında mübahisə yaranıb. Nəticədə Ağcabədi rayon sakini, 1992-ci il təvəllüdlü Quliyev Cəsarət Zəfər oğlu xəsarət alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az