Salyanda qoç 63 yaşlı qadını xəstəxanalıq edib

Salyanda qoç 63 yaşlı qadını xəstəxanalıq edib

Salyan rayonunda qoç 63 yaşlı qadını vurub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Kürqaraqaşlı kəndində baş verib.

Kənd sakini, 1956-cı il təvəllüdlü Əsgərova Narxanım Adıböyük qızı axşam saatlarında fərdi yaşayış evinin həyətində saxladığı xırdabuynuzlu heyvanları tövləyə salarkən qoc ona hücum edib. Nəticədə 63 yaşlı qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

N.Əsgərova Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya Şöbəsinə yerləşdirilib.
 

Mənbə: baku.ws