Sumqayıtda iki avtomobil toqquşub, sürücülər xəsarət alıb - FOTO

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Sərvər Bədəlbəyli və Koroğlu küçələrinin kəsişməsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobil əks yola çıxıb, ağacı qıraraq digər “Mercedes” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilini sürücüsü xəsarət alıb. Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Yaralılar Təcili Tibbi Yardım briqadasının köməyi ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Etibar Məmmədov 20 yanvarla bağlı daha bir sirri açdı: “Primakov bizə dedi ki.."

SONRAKI XƏBƏR

“Cənab prezident, şəkil bulanlıq düşüb, yenidən çəkdirə bilərik?” - VİDEO