Ər-Riyadda teatr aktyorlarına silahlı hücum olunub

Ər-Riyadda teatr aktyorlarına silahlı hücum olunub

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində teatr truppasının üzvlərinə bıçaqla hücum olunub.

Trend-in məlumatına görə, teatr tamaşası zamanı baş verən insident nəticəsində 3 aktyor yaralanıb. Onlardan ikisi kişi, biri isə qadın olub.

Bildirilir ki, xəsarət alanların vəziyyəti stabildir.

Məlumata əsasən, hücum edən şəxs polislər tərəfindən saxlanılıb.

Mənbə: az.trend.az