Hindistanda gənc aclıqdan ölməmək üçün həbsxanaya düşüb - FOTO

Hindistanda gənc aclıqdan ölməmək üçün həbsxanaya düşüb - FOTO

Hindistanın Tamilnad ştatının Çennay şəhərinin Sivakumar adlı sakini polisə binaların minalanması haqqında iki yalan zəngdən sonra həbs edilib.

Bu barədə "Report" yerli "Indiaglitz" portalına istinadən xəbər verir.

Nəşrin məlumatına görə, buna səbəb həmin şəxsin yoxsulluğu və qidasız qalması olub.

Qeyd edilir ki, "telefon terrorçusu" daha əvvəl iki dəfə evli olub, ancaq ailə qurduğu hər iki qadın onu atıb. O, bundan sonra stress səbəbindən depressiyaya düşüb və işdən çıxıb. Evsiz, işsiz olan Sivakumar heç olmasa hansısa qidaya və sığınacağa malik olmaq üçün həbsxanaya düşməyə qərar verib.

O, bu məqsədlə oğurlanmış telefondan polisə iki dəfə zəng edərək müxtəlif binaların minalanması haqqında bildirib. Polislər zəng edən şəxsin olduğu yeri izləməyə və onu həbs etməyə nail olublar.

Onun həbsxanada nə qədər qalacağı hələ məlum deyil.

Mənbə: report.az