Suriyada iki erməni ruhani öldürüldü - İslam Dövləti məsuliyyəti öz üzərinə götürdü

Suriyada iki erməni ruhani öldürüldü - İslam Dövləti məsuliyyəti öz üzərinə götürdü

İslam Dövləti Suriyada iki erməni ruhaninin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürdü. KONKRET.az xəbər verir ki, Suriyada Qamışlının erməni katolik icmasının keşişi Hovsep Petoyan və atası keşiş İbrahim Petoyan öldürülüb.

Din xadimləri Deyr əz-Zor yolunda bir avtomobildə öldürülüblər. Terrorçular maşına atəş açıblar. İbrahim Petoyan yerindəcə ölüb və bir neçə dəqiqə sonra Hovsep Petoyan qətlə yetirilib. Atışma nəticəsində kilsə katibi Fati Sanon yaralanıb.

Qeyd edək ki, Qamışlıda erməni kilsəsinin yanındakı atışmada bu gün 6 nəfər ölüb, 26 nəfər isə ağır yaralanıb.

Mənbə: teref.az