Erməni sakin atla minaya düşüb

Erməni sakin atla minaya düşüb

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, noyabrın 9-da, saat 16:20 radələrində Əsgəran sakini, 1970-ci il təvəllüdlü A.O sol baldır nahiyəsindən çoxqəlpəli yara, sağ topuq qovşağı nahiyəsindən isə qəlpə yarası diaqnozu ilə tibb mərkəzinə yerləşdirilib.

Müəyyən edilib ki, o, sözügedən yaranı həmin gün 15:00 radələrində Xocalı rayonunun Pirlər kəndi inzibati ərazisinin Daşbaşı adlanan yaşayış məntəqəsində alıb.

Belə ki, sözügedən şəxs özünə aid olan atla gedərkən piyada əleyhinə minaya düşüb.

Alpər Mövludoğlu

Mənbə: ordu.az