Valideynlər övladlığa götürdükləri uşaqlara belə əzab verdilər - Ürəyi zəif olanlar baxmasın /VİDEO

Valideynlər övladlığa götürdükləri uşaqlara belə əzab verdilər - Ürəyi zəif olanlar baxmasın /VİDEO

Moskvada valideynlər övladlığa götürdükləri uşaqlara uzun müddət işgəncə veriblər.

BiG.AZ-ın 1tv.ru-ya istinadən verdiyi xəbərə görə, vəhşiliyin görüntülərini ailənin (övladlığa götürülən və evdən qaçıb canını qurtarmağı bacaran) böyük qızı sosial şəbəkədə paylaşıb.

Videodan göründüyü kimi, qadın uşağı araq butulkasıyla döyür, yumruqlayır, bıçaqlamaqla hədələyir. Başqa bir uşağı isə boğmağa çalışır. Uşaqlar "ana, eləmə" deyərək məsumcasına yalvarırlar. Lakin onların qışqırıqlarına əhəmiyyət verilmir.

Uşağın sadəcə stolun üstündən konfet götürdüyü üçün bu işgəncələrə məruz qaldığı bildirilir.

Məsələ burasındadır ki, ögey ana uşaqlara görə dövlətdən hər ay 100 min rubl alır. Bu pulları "valideynlər" içkiyə və sosial şəbəkələrdəki oyunlara xərcləyirlər. Onlar 18 yaşına çatdıqda uşaqlara düşən mənzili mənimsəmək ümidilə yaşayırlar.

Artıq yetkinlik yaşına çatan qızın sözlərinə əsasən, bu, işgəncələrin yüngül formasıdır. Dərin psixoloji travmalar alan uşaqların psixikası pozulub. Analıqları içkili halda onlardan birinin əlini də kəsib.

Hazırda hər iki "valideyn" saxlanılıb. Qəyyumluq müqaviləsinə xitam verilib.

İstintaq təcridxanasında olan cütlüyə qarşı "İşgəncə" maddəsi ilə cinayət işi açılıb, onları üç il həbs cəzası gözləyir.

Mütəxəssislər, psixoloqlar uşaqları yaşadıqları dəhşətdən sonra reabilitasiya etməyə çalışırlar.

Natəvan Baxşiyeva

 

Mənbə: big.az