İtaliyada terror aktı törətməyi planlaşdıran dəstə üzvləri saxlanılıblar

İtaliyada terror aktı törətməyi planlaşdıran dəstə üzvləri saxlanılıblar

İtaliya polisi Siena şəhərində terror aktı törətməyi planlaşdıran bir qrup şəxsi saxlayıb.

AZƏRTAC xəbər verir ki, bir qrup şəxs əvvəlcə Siena qaz kəmərini və onun üzərində yerləşən məscidi partlatmağı planlaşdırıb. Bu planı hazırlamaqda şübhəli bilinən şəxslərdən partlayıcı maddələr, odlu silah və mərmilər götürülüb. Faktla əlaqədar 12 nəfər saxlanılıb. Onların yaşadıqları evlərdə və toplaşdıqları yerlərdə axtarışlar aparılıb.

Terror aktı planının üstü şübhəli şəxslərin telefon danışıqlarının dinlənilməsi zamanı açılıb. Telefon danışıqları zamanı dəstənin başçısı olduğu bilinən 60 yaşlı şəxsin “milli qvardiya yaratmaq” planları da ifşa edilib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Mənbə: azertag.az