Əsgər qidaları açıq satışda: Hüquq-mühafizə orqanları həbslərə start verdi

Əsgər qidaları açıq satışda: Hüquq-mühafizə orqanları həbslərə start verdi

Ermənistanda əsgərlər üçün nəzərdə tutulan və satışı qadağan edən məhsulların satıldığı bəlli olub.

Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, hadisə Masisdəki 1 saylı uşaq bağşçasının ərzaq anbarına baxış zamanı aşkarlanıb. Məlum olub ki, uşaq bağçasının mətbəxində əsgərlər üçün nəzərdə tutulan və satışı üzərindəki xüsusi qeydlə yasaqlanan 200 qramlıq xamalar mövcuddur. Hansı ki, hərbi hissələrə verilməli olan bu xamalar uşaq bağçalarına satılıb. 

Baş verən hadisədən sonra bağça rəhbərliyi məsuliyyətə cəlb edilib. Hüquq-mühafizə orqanları xamaların kim və ya hansı şirkət tərəfindən bağçaya satıldığını müəyyənləşdirir. Aparılan araşdırmalar fonunda həbs edilənlərin sayının artması gözlənilir.

Məlumat üçün qeyd edəkki, Ermənistan ordusunda rüşvət və korrupsiyanın geniş yayıldığı erməni mediasınında zaman-zaman dilə gətirdiyi həqiqətlərdəndir. Baş verən son olay Paşinyan hökumətinin bütün hay-küylü bəyanatlarına rəğmən ordudakı özbaşınalığın aradan qalxmadığını, əksinə daha geniş vüsət aldığını göstərir.

Seymur ƏLİYEV

Mənbə: moderator.az