Şəhərdə insan kəlləsi ilə gəzən gənc: TUTULDU

Şəhərdə insan kəlləsi ilə gəzən gənc: TUTULDU

19 yaşlı gənc ticarət mərkəzinə əlində insan kəlləsi ilə daxil olmağa cəhd edib.

Cebhe.info xəbər verir ki, hadisə Krosnodarda qeydə alınıb. Gəncin şübhəli davranışları diqqəti çəkib. O, saxlanılaraq polis idarəsinə aparılıb. Gənc ilkin ifadəsində bildirib ki, insanın kəlləsini o, məzarlıqda bir “bomj”dan alıb. Olayın necə baş verdiyi araşdırılır.

Bundan əvvəl isə Sankt-Peterburqda universitet müəlliminin çantasından qadın əlləri tapılmışdı. Daha sonra məlum olmuşdu ki, universitet müəllimi olan 63 yaşlı Oleq Sokolov 24 yaşlı sevgilisi Anastasiyanı öldürərək hissələrə ayırıb.

Xəzər
Cebhe.info

 

 

Mənbə: cebhe.info