Qaradağda 3 mağazadan oğurluq edən şəxs saxlanılıb

Qaradağda 3 mağazadan oğurluq edən şəxs saxlanılıb

Qaradağda 3 mağazadan oğurluq edən şəxs saxlanılıb

Press.Az xəbər verir ki, Qaradağ RPİ 11-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 mağazadan pul, danışıq kartları və tütün məmulatı oğurlayan Səngəçal qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.İbrahimov saxlanılıb.

Qaradağ RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Mənbə: press.az