Hündürlükdən yıxılan Mingəçevir sakini ağır xəsarət alıb

Hündürlükdən yıxılan Mingəçevir sakini ağır xəsarət alıb

Mövsümi budama işləri üçün üzüm çardağına çıxan Mingəçevir sakini hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Kür küçəsində baş verib.

İlkin məlumata görə, müvazinətini itirərək yerə çırpılan 1957-ci il
təvəllüdlü Adıgözəlov Əsəd İsmayıl oğlu baş və çiyin nahiyəsindən ağır xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

Mənbə: apa.az