İtlərini xilas etmək istəyən üç qadın seldə boğulub

İtlərini xilas etmək istəyən üç qadın seldə boğulub

Slovakiyanın Revutsa şəhərində sığınacaqdakı itlərini seldən xilas etmək istəyən 3 qadın suda boğulub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bu gün Slovakiyanın baş naziri Peter Pelleqrini keçirdiyi mətbuat konfransında bildirib.

Baş nazir deyib ki, Muran çayı daşıb və qadınlar sığınacaqdakı itlərini xilas etmək istəyən zaman çayda boğulublar. P. Pelleqrini qadınların ailələrinə başsağlığı verib.

Mənbə: apa.az