Bakı. Trend:
Qazax rayonunda çayxana yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Qazax rayonunun Daş Salahlı kəndində ümumi sahəsi 27 m² olan dəmir konstruksiyadan ibarət vaqon tipli çayxananın taxta üzlüyü və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mənbə: az.trend.az