Afinada tələbələrin mitinqi şəhərin mərkəzində nəqliyyatın hərəkətini iflic edib

Afinada tələbələrin mitinqi şəhərin mərkəzində nəqliyyatın hərəkətini iflic edib

Afina, 14 noyabr, AZƏRTAC

Afinanın mərkəzində tələbələrin iştirakı ilə etiraz aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, tələbələr parlament istiqamətində irəliləyiblər. Aksiya iştirakçıları polislərin universitetlərə müdaxiləsinə qarşı etiraz edirlər. Afinanın mərkəzi küçələri etiraz aksiyası səbəbindən bağlanıb, yollarda tıxaclar yaranıb.

İştirakçılar tələblərinin yerinə yetirilməyəcəyi halda, etirazları davam etdirəcəklərini bildiriblər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

Mənbə: azertag.az