Yeniyetmə bacısını timsahın ağzından xilas etdi

Yeniyetmə bacısını timsahın ağzından xilas etdi

Filippinin Palavan əyalətində yeniyetmə bacısını timsahın ağzından xilas edib.

12 yaşlı Haina Lisa Joze Habi çayın üstündəki körpünü keçərkən dörd metr uzunluğu olan timsah onun ayağından dişləri ilə tutaraq çəkmək istəyib.

Hainanın qışqırığını eşidən 15 yaşlı qardaşı Həşim artıq körpünün o biri tayında olub.

Buna baxmayaraq, o, olduğu yerdən yırtıcıya daşlar ataraq, bacısını xilas edə bilib.

Haina yaralı halda xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin stabil olduğu bildirilib.

Timsahın axtarışına başlayan polislər yaxınlıqda yaşayanlardan ehtiyatlı olmalarını istəyiblər.

Mənbə: www.oxu.az