Həkimlər Siam əkizləri - Məhəmməd və Əhmədi uğurla ayırdı...

Həkimlər Siam əkizləri - Məhəmməd və Əhmədi uğurla ayırdı...

Səudiyyə həkimləri iki azyaşlı uşağa normal həyat üçün bir şans verən unikal bir cərrahi əməliyyat icra ediblər. Cərrahlar, pediatrlar, tibb texnikləri və tibb bacıları da daxil olmaqla 35 həkimdən ibarət heyət Liviyadan olan Siam əkizləri Əhməd və Məhəmmədi ayırmaq üçün əməliyyat keçirib.

Moderator.az bu haqda "The National" nəşrinə istinadla xəbər verir. Körpələr iyun ayında Tripolidə çanaq nahiyəsində bitişik olaraq dünyaya gəliblər. Doğuşdan oğlanların hərəsinin bir ayağı və üçüncü ortaq əyri ayağı, eyni zamanda ortaq bağırsaq və çanaq sümükləri olub.

14 saat davam edən əməliyyat nəticəsində Əhməd və Məhəmməd uğurla ayrılıblar.

"Məhəmmədin ayrıca bələndiyini görmək, sadəcə, ağlasığmaz idi. Doktor və komandası üçün dua edirəm, uğurları davamlı olsun" - deyə əməliyyatın uğurla bitdiyini bilən ana deyib.

Cərrahın özü, doktor Əl-Rabia öncə əməliyyatın uğur ehtimalının 70% olduğunu bildirib.

Sultan Laçın

Mənbə: moderator.az