Bakıda 25 yaşlı gənc küçədə bıçaqlandı

Bakıda 25 yaşlı gənc küçədə bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində qeydə alınıb.

Həmin qəsəbədə kirayədə yaşayan, 1994-cü il təvəllüdlü Kərimov Hacı Müzəffər oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb.

Mənbə: az.trend.az