Gəncədə ər həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib

Gəncədə ər həyat yoldaşını bıçaqlayaraq  qətlə yetirib

Gəncədə qətl hadisəsi baş verib.

APA-nın yerli bürosnun məlumata əsasən, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Şəhər sakini Zaur Orucov şəxsi mübahisə zəmnində həyat yoldaşı 1995-ci il təvəllüdlü Nuranə Quliyevanı qətlə yetirib.

Ər arvadına bir neçə bıçaq zərbəsi vurub. Nəticədə qadın yerindəcə keçinib.

Hələlik qətlin təfərrüatları məlum deyil, hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən araşdırma başlanılıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Mənbə: apa.az