Keniyada hərbi vertolyot qəzaya uğradı 10 ölü, 13 yaralı

Keniyada hərbi vertolyot qəzaya uğradı 10 ölü, 13 yaralı

Keniyada bu gün hərbçi vertolyot qəzaya uğrayıb. Bu barədə yerli “Daily Nation” qəzeti Müdafiə qüvvələrinin rəsmi nümayəndəsi Zipporu Kiokoya istinadən məlumat yayıb. Ölkənin cənubunda Keniya Hərbi Hava Qüvvələrinə məxsus vertolyotun sərt eniş etməsi nəticəsində ən azı 10 hərbi qulluqçu ölüb, 13 nəfər isə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı araşdırma aparılır.

Mənbə: virtualaz.org