Bakıda xanım sürücü ağır qəza törətdi - VİDEO

Bakıda xanım sürücü ağır qəza törətdi - VİDEO

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Zirə-Dübəndi yolunda qeydə alınıb.

Hadisə zamanı 90-CL-695 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil yol kənarındakı ağaclara çırpılıb.

Qəza zamanı avtomobilə və 10-a yaxın ağaca ziyan dəyib.

Şahidlərin sözlərinə görə, qəzaya avtomobilin xanım sürücüsünün idarəetməni itirməsi səbəb olub.

Samir İsayev

Mənbə: www.oxu.az