Yataqxanada partlayış - iki nəfər ÖLDÜ

Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən yataqxanaların birində partlayış baş verib.

Unikal.org “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı yerli polis yayıb.

Qeyd olunub ki, partlayış nəticəsində iki nəfər ölüb. İlkin məlumata görə, otaqda qumbara partlayıb.

Polis ölənlərin şəxsiyyətini müəyyənləşdirə bilib.

Onlardan biri mühafizəçi, digəri isə tikinti sahəsində işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Tbilisi çalxalanır: Parlament qarşısında çadırlar quruldu

SONRAKI XƏBƏR

Belarusda parlament seçkiləri keçirilir