İranda SON DURUM: 1000-dən çox etirazçı həbs edilib

İranda SON DURUM: 1000-dən çox etirazçı həbs edilib

İranda gərginlik davam edir.

Cebhe.info xəbər verir ki, hüquq mühafizə orqanları etiraz aksiyalarının fəallarına qarşı repressiyaları gücləndirib. Məlumata görə Tehran, Təbriz, İsfahan, Məşhəd, Yəzd, Kirman, Kərəc də daxil ölkənin mindən çox yaşayış məntəqəsində yanacağın qiymətinin bahalaşmasına qarşı etiraz aksiyaları başlanıb. Bu günə qədər 1000-dən çox etirazçı həbs edilib. “İranlı Tələbələr”

Xəbər Agentliyinin verdiyi məlumata görə, Təbriz universitetinin tələbələri də benzinin bahalaşmasına qarşı keçirilən aksiyalara qoşulub.

Tehranda da vəziyyət gərgin olaraq qalır. Məlumata görə, Tehranın ən böyük Ticarət Mərkəzində çalışan sahibkarlar dükanlarını açmayıb. İş adamlarının tətili davam edir.
Aydın
Cebhe.info

 

 

Mənbə: cebhe.info